Menu
Xəbər Lenti
4 yolda sıxlıq var
Bugün, 08:23

4 yolda sıxlıq var

Vens İsveçrədədir
Dün, 09:32

Vens İsveçrədədir

Bu gün imtahan var
Dün, 09:21

Bu gün imtahan var

“Azeri Light” bahalaşdı
20-06-2026, 10:30

“Azeri Light” bahalaşdı

Xankəndiyə qayıdırlar
19-06-2026, 09:04

Xankəndiyə qayıdırlar

30 Ekm 05:32Manşet / Şou-biznes

“Uzak Şehir” üçün mahnı yazdı

uzak-sehir-ucun-mahni-yazdi

Türkiyəli məşhur müğənni Sezen Aksu fenomen serial “Uzak Şehir” üçün xüsusi bir hədiyyə hazırlayıb.

“Qafqazinfo” xəbər verir ki, Aksu “Çek tetiği” adlı mahnısını serialın baş rol ifaçısı Ozan Akbaba tərəfindən səsləndirilməsi üçün təqdim edib.

Mahnı sözləri və musiqisi Sezen Aksu’ya, bağlama hissəsi isə Ahmet Koça aid olmaqla Ozan Akbaba tərəfindən Sezen Aksunun evindəki studiyada yazılıb. Akbaba çəkilişlərin aparıldığı Midyat şəhərindən İstanbula gələrək, mahnını xüsusi olaraq studiyada ifa edib.

“Çek tetiği” mahnısı “Kanal D”də yayımlanan “Uzak Şehir” serialının bu həftəki bölümündə səslənəcək. Xüsusi hazırlanmış treylerdə Ozan Akbabanın ifası izləyicilər tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Sezen Aksu sadiq bir “Uzak Şehir” izləyicisi olaraq seriala daha əvvəl də mahnı hədiyyə etmişdi.