“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
Sevgilisi “Kızılcık Şerbeti”nin aktrisasının pullarını oğurladı

Türkiyənin məşhur aktrisası Sevim Ərdoğan şəxsi həyatında şok hadisə ilə gündəmə gəlib.
“Qafqazinfo”nun məlumatına görə, dörd illik sevgilisi Akın E. ilə ayrılmaq qərarına gələn aktrisanın evinə vidalaşmaq üçün gələn Akın spirtli içki qəbul etdikdən sonra huşunu itirən Sevim Ərdoğanın mobil telefonundan onun bank hesabına daxil olub. O, 225 000 lirəni (təxminən 9 min manat) öz hesabına köçürüb, mobil telefonu isə götürərək evdən çıxıb.
Sevim Ərdoğan prokurorluğa müraciət edərək şikayət ərizəsi verib.
“Akın son vaxtlar işləmirdi və dolanışığını təmin edə bilmədiyi üçün məndən pul istəyirdi. Hətta onun üçün anamdan borc da götürdüm. Hadisə günü evdə vidalaşmaq üçün görüşdük, bir az içki içdik. Mən huşumu itirəndə o, razılığım olmadan 225 000 lirəni öz hesabına köçürüb və telefonumu götürüb”, - aktrisa ifadəsində bildirib.
Aktrisanın hesabını bağlaması nəticəsində pul geri qaytarılsa da, o, şikayətini geri götürməyib.
İstanbul prokurorluğu Akın E.-yə qarşı “binadakı əşyaların oğurlanması” və “informasiya sistemlərindən istifadə etməklə oğurluq” maddələri üzrə 5 ildən 10 ilə qədər həbs cəzası tələb edən ittiham aktı təqdim edib. İşə yaxın günlərdə İstanbul Birinci İnzibati Cinayət Məhkəməsində baxılacaq.
Qeyd edək ki, Sevim Ərdoğan Türkiyənin məşhur “Kızılcık Şerbeti” serialında üç mövsüm boyunca Leman obrazı ilə izləyicilərin böyük rəğbətini qazanıb.























































