Menu
Xəbər Lenti
Bu ərazidə qaz olmayacaq
31-10-2025, 04:59

Bu ərazidə qaz olmayacaq

“Ayın oyunçusu” seçildi
31-10-2025, 04:57

“Ayın oyunçusu” seçildi

04 Kas 08:46Manşet / Gündəm / Sosial

“ENNA” MMC Naxçıvanda nümunəvi müəssisə seçildi

enna-mmc-naxcivanda-numunevi-muessise-secildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzinin tədbirlər planına əsasən, regionlarda əməyin mühafizəsi sahəsində nümunəvi müəssisələrin yaradılması istiqamətində mühüm addımlar atılır.

“Qafqazinfo” xəbər verir ki, bu çərçivədə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Əməyin Mühafizəsi Mərkəzi tərəfindən bir sıra müəssisələrdə əməyin mühafizəsi vəziyyəti qiymətləndirilib, təhlillər aparılıb.

Nəticədə Naxçıvan MR üzrə bu istiqamətdə “Cahan Holdinq”ə məxsus “ENNA” MMC ilə Əməyin Mühafizəsi Mərkəzi arasında əməkdaşlıq münasibətləri qurulub.

Görülən işlərin nəticəsi olaraq “ENNA” MMC-də əməyin mühafizəsi normaları və qaydalarının, qəbul edilmiş dövlət standartlarının tətbiqi, işçilərin əməyin mühafizəsi üzrə mütəmadi təlimatlandırılması, həmçinin istehsalat risklərinin idarə olunması sahəsində aparılan təkmilləşdirmələr yüksək qiymətləndirilib. Şirkət bu istiqamətdə həyata keçirdiyi tədbirlərlə Naxçıvan MR-də bir ilkə imza ataraq “Əməyin mühafizəsi sahəsində nümunəvi müəssisə” statusunu qazanıb.

Oktyabrın 31-də əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Naxçıvana səfəri çərçivəsində “ENNA” MMC-ni ziyarət edib. “Cahan Şirkətlər Qrupu” MMC-nin təsisçisi Vüqar Abbasov və “ENNA” MMC-nin icraçı direktoru Ruslan Əlimərdanov Anar Əliyevə müəssisə haqqında məlumat veriblər.

Qeyd edək ki, “ENNA” MMC-nin əməyin mühafizəsi sahəsinə yatırdığı investisiyalar insan faktoruna və əmək təhlükəsizliyinə verilən dəyərin bariz nümunəsidir.

“Cahan Holdinq”ə məxsus “ENNA” MMC haqqında

2022-ci ildə fəaliyyətə başlayan “Cahan Holdinq”ə məxsus “ENNA” MMC qida sənayesində yüksək texnologiyaların tətbiqi ilə seçilir. Müəssisə Almaniyanın “KRONES” brendi avadanlıqları ilə təchiz olunmuş müasir istehsal xəttinə malikdir. İllik 250 milyon banka istehsal gücü olan zavodda istehsal prosesi tam avtomatlaşdırılıb və insan əli dəymədən həyata keçirilir.



Ad - 00:14


Şirkət “İnsanlara dəyər veririk” prinsipi ilə fəaliyyət göstərərək istehsalın hər mərhələsində, xammalın qəbulundan məhsulun son istehlakçıya çatdırılmasına qədər beynəlxalq keyfiyyət və qida təhlükəsizliyi standartlarını tətbiq edir.

Məhsullar

“Cahan Holdinq”ə məxsus “ENNA” MMC-nin məhsul portfelinə “Buzz Cola”, “Buzz Ice Tea”, “Plus Ower” markaları daxildir.

“Buzz Cola” xarici brendlərlə rəqabət apara bilən, özünəməxsus dada malik yerli istehsal brendidir və “Azərbaycanın kolası” kimi fərqlənir.

“Buzz Ice Tea” manqo-ananas, şaftalı və limon dadlarında təqdim olunur, təbii tərkibi və təravətləndirici dadı ilə seçilir.

“Plus Ower”vitaminlərlə zənginləşdirilmiş, gün ərzində enerjili qalmaq istəyənlər üçün nəzərdə tutulmuş içkidir.

“ENNA” MMC-nin “Əməyin mühafizəsi sahəsində nümunəvi müəssisə” statusunu qazanması müəssisənin həm istehsalat mədəniyyətinə, həm də insan amilinə verdiyi dəyərin göstəricisidir. Şirkət həm təhlükəsiz, həm də texnoloji cəhətdən qabaqcıl istehsal mühiti formalaşdırmaqla regionda sənaye inkişafına töhfə verməyə davam edir.