Menu
Xəbər Lenti
Levandovski het-trik etdi
10-11-2025, 09:30

Levandovski het-trik etdi

Ağdaşda zəlzələ oldu
10-11-2025, 09:04

Ağdaşda zəlzələ oldu

Sabah hava necə olacaq?
9-11-2025, 09:47

Sabah hava necə olacaq?

12 Kas 04:54Manşet / Dünya

Putin Kremldə Tokayevi qarşıladı

putin-kremlde-tokayevi-qarsiladi

Rusiya Prezidenti Vladimir Putin Kremldə qonaq olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi qarşılayıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Tokayevin Rusiyaya dövlət səfəri 11 və 12 noyabr tarixlərində baş tutur.

Bildirilir ki, Tokayev və Putin siyasi, ticarət, iqtisadi, mədəni və humanitar sahələrdə strateji tərəfdaşlıq və müttəfiqlik çərçivəsində Rusiya-Qazaxıstan münasibətlərinin gələcək inkişafı ilə bağlı vacib məsələləri, eləcə də regional və qlobal gündəmin əsas mövzularını müzakirə edəcəklər.

Bundan əlavə, Putinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, sabah Putin Tokayevi Ukrayna böhranı ilə bağlı cəbhədəki vəziyyət və sülh danışıqları perspektivləri barədə məlumatlandıra bilər.

O həmçinin bildirib ki, əgər Qazaxıstan lideri bu barədə danışmaq istəsə, Moskva onun ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüşlərin nəticələri ilə də maraqlanır.

Qeyd edək ki, bu gün iki lider qeyri-rəsmi görüş keçirir, səfərin rəsmi hissəsi isə sabah baş tutacaq. Rəsmi danışıqlarla yanaşı, Putin və Tokayev 21-ci Rusiya-Qazaxıstan Regionlararası Əməkdaşlıq Forumunun plenar iclasında videobağlantı ilə iştirak edəcəklər.