Abşeron rayonu Hökməli qəsəbəsində yağış sularının törətdiyi fəsadlar uğurla aradan qaldırılır – FOTOLAR
"Torpağımızı qazırlar, məhkəmənin qərarını saymırlar" - MTK və vətəndaş arasında qalmaqal
Vəkillərə "Elektron Məhkəmə" informasiya sisteminin yeni versiyası ilə bağlı təlim keçiriləcək
Vəziyyət pisləşir: Trampın Rusiya neftinin idxalına icazəsi Kubanı xilas edəcəkmi?
İranla müharibə nəzarətdən çıxır? – Dünya iqtisadiyyatının tənəzzülü ilə bağlı SOS
Ölüm səbəbi açıqlandı

Əfsanəvi “Kiss” rok qrupunun 74 yaşlı qurucu üzvü və gitara ifaçısı Eys Freylinin ölüm səbəbi açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Morris County” Tibbi Ekspertiza İdarəsinin yaydığı hesabatda qeyd olunub.
Bildirilib ki, musiqiçi təsadüfi yıxılma nəticəsində aldığı kəllə-beyin travması səbəbindən dünyasını dəyişib. Hesabatda həmçinin sənətçinin üz sümüklərində sınıqlar və qançır izlərinin aşkarlandığı qeyd olunub.
Xatırladaq ki, Eys Freyli bu ilin oktyabrın 17-də vəfat edib.
Qeyd edək ki, “Kiss” qrupu 1973-cü ildə Pol Stenli, Jin Simmons, Eys Freyli və Piter Kriss tərəfindən Nyu-Yorkda yaradılıb. Səhnə makyajı və qeyri-adi geyimləri ilə fərqlənən qrup 90 milyondan çox albom satışı ilə 24 dəfə qızıl rekord əldə edib. Freyli 1982-ci ildə qrupdan ayrılsa da, 1996-cı ildə yenidən qayıdaraq 2002-ci ilə qədər qrupla çıxış edib.























































