Xəbər Lenti
Bugün, 11:40
Azərbaycan telekanallarının "YouTube" göstəriciləri: Dekabr ayının reytinq cədvəli açıqlanıb
Dün, 10:42
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2026-cı il münasibətilə səmimi təbrik
Dün, 08:11
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paylaşım edib
30-12-2025, 09:27
Əli Cəfərov: “Məqsədimiz Qarabağ döyüşlərinin yaddaşlarda dərin iz buraxmasına nail olmaqdır”
29-12-2025, 08:59
bp Əşrəfi-Dan ulduzu-Aypara layihəsi üçün seysmik tədqiqat proqramına dair məlumat yaydı
28-12-2025, 08:52
Binəqədi rayonunda Hacı Taleh adlı iş adamına layihədən kənar tikintiyə hansı şərtlərlə “icazə” verilib?
14 Kas 04:49Manşet / Şou-biznes
Məşhur aktrisa xərçəngə qalib gəldi - “Mübarizə lazımdır”

Amerikalı məşhur aktrisa Tedi Melenkamp xərçəngə qalib gəlib.
“Qafqazinfo” xəbər verir ki, 2022-ci ildə dəri xərçənginin ən təhlükəli növü olan “melanoma”ya tutulan sənətçi 16 əməliyyat keçirib.
Lakin, xərçəngin ağciyərlərə və beyinə yayıldığı məlum olub.
Həkimlər onun xəstəliyinin dördüncü mərhələdə olduğunu və sağ qalma ehtimalının 50% olduğunu bildiriblər.
44 yaşlı, 3 övlad anası immunoterapiya aldıqdan sonra son müayinəsində bədənində xərçəngin olmadığını öyrənib.
Melenkamp duyğularını belə ifadə edib:
“Mənə dediklərinə çox təəccübləndim. Hələ də bəzən xəstə kimi hiss edirəm, amma mübarizə aparıram, çünki mübarizə aparmaq lazımdır”.
Qeyd edək ki, Tedi Melenkamp dünyaşöhrətli rok ifaçısı Con Melenkampın qızıdır.






















































