Türkiyə Şimali Kiprə 6 F-16 döyüş təyyarəsi və hava hücumundan müdafiə sistemləri yerləşdirdi
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edilib
Tramp İranı hədələdi, Mərkəzi Komandanlıq dəhşətli silahın GÖRÜNTÜLƏRİNİ yaydı - VİDEO
Oğlunu Azərbaycana sürgün edən amansız Hörmüz - İndi dünyanın ürəyi orada döyünür...
“Xəbər tutdum ki, belə bir hadisə olub, dərhal nazirə zəng etdim” - Müctəba Dərmiçilu
“Bahar”ın efir vaxtı dəyişdirilir

Tanınmış türkiyəli aktrisa Demet Evqarın baş rol aldığı “Bahar” serialı üçüncü mövsümdən etibarən yeni yayım gününə keçir.
“Qafqazinfo” xəbər verir ki, kanal rəhbərliyi çərşənbə axşamı yayımlanan seriyaların reytinqlərində müşahidə olunan azalma səbəbilə serialın efir vaxtını yenidən müəyyənləşdirib.
Məlumata görə, “Bahar” 7 dekabrdan etibarən bazar axşamları tamaşaçı qarşısına çıxacaq.
Serialın yerini çərşənbə axşamları yeni layihə - “Rüya Gibi” tutacaq. Seda Bakan, Uğur Günəş, Ahsen Eroğlu, Emre Bey, Celil Nalçakan, Şebnem Bozoklu və Devrim Yakut kimi tanınmış aktyorların rol aldığı yeni serial 2 dekabr tarixindən etibarən efirə start verəcək.
Beləliklə, “Bahar” 7 dekabrdan etibarən bazar axşamları, “Rüya Gibi” isə 2 dekabrdan çərşənbə axşamları yayımlanacaq.






















































