Menu
Xəbər Lenti
Çay deyil, meyvədir
Dün, 05:37

Çay deyil, meyvədir

Sarımsağın faydaları
25-11-2025, 05:19

Sarımsağın faydaları

27 Kas 05:05Manşet / Şou-biznes

“Bred Pitt” təqaüdçünü aldadaraq pulunu aldı

bred-pitt-teqaudcunu-aldadaraq-pulunu-aldi

İsveçrədən olan Patrisiya adlı təqaüdçü özünü Hollivud ulduzu Bred Pitt kimi təqdim edən fırıldaqçının qurbanı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Belə ki, Patrisiya 2024-cü ilin mayında saxta Bred Pittlə yazışmağa başladığını bildirib. Qadın aktyorun instaqramdakı rəsmi səhifəsini izləməyə alıb və çox keçmədən Hollivud ulduzunun meneceri ona məktub yazıb. Onu sənətçi ilə şəxsən danışmağa dəvət edib və Patrisiya razılaşıb.

Təqaüdçünün sözlərinə görə, bir müddət keçdikdən sonra onun həmin şəxslə yazışmaları daha da romantikləşib. Fırıldaqçı qadının həyatı ilə maraqlanıb və ona guya sevdiyini bildirib.

Saxta Bred Pitt şəxsi görüşün müzakirəsi zamanı bildirib ki, onun rəhbərliyi görüşləri üçün böyük məbləğ istəyib. Patrisiya ona inanaraq pul göndərib. Zamanla ondan daha çox pul göndərməsi tələb olunub. Ümumilikdə qadın 90 min funt sterlinqdən çox pul verib.

Daha sonra “Brad Pitt” Patrisiyanı ABŞ-də görüşə dəvət edib. Qadın ora getsə də, heç kim onu gözləməyib və təqaüdçü aldadıldığını anlayıb. Qadın hadisə ilə bağlı polisə müraciət edib.