“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
Güneyli milli fəallar aclıq aksiyasının 46-cı günündədirlər
Güney Azərbaycanlı milli fəallar Tahir Nəqəvi və Vədud Əsədi fars-molla rejimi tərəfindən qanunsuz yerə həbs edilmələrinə və eyni zamanda həbsxanada hüquqlarının pozulmasına və rejim tərəfindən məruz qaldıqları təzyiqlərə etiraz olaraq Tehranın Evin həbsxanasında aclıq aksiyası keçirirlər. Onlar rejim əleyhinə fəaliyyət göstərmək, rejimə müxalif qruplaşmalara üzv olmaq, İranda daxili təhlükəsizliyi pozmaq məqsədilə toplaşmaq kimi ittihamlarla mühakimə edilərək, 5 il yarım, 6 il müddətinə azadlıqdan məhrum ediliblər.
Tahir Nəqəvi eyni zamanda vəkildir və Almaniyada yaşayan, oyuna gətirilib də, İran rejimi tərəfindən həbs edilərək, haqsız yerə illərlə həbsdə saxlanılan və nəhayət ki, bu il azad edilən Azərbaycan vətəndaşı Fərid Səfərlini müdaifə edən vəkillərdən biridir.
Məhz bu səbəbdən, həmçinin Güney Azərbaycan türklərinin milli-mədəni hüquqlarını müdafiə etdiyi üçün onun vəkillik lisenziyası dondurulub.






















































