Menu
Xəbər Lenti
Bu ərazilərdə leysan var
20-07-2026, 09:45

Bu ərazilərdə leysan var

Vens 4-cü dəfə ata oldu
20-07-2026, 09:41

Vens 4-cü dəfə ata oldu

Şəhid övladları Fransada
19-07-2026, 09:29

Şəhid övladları Fransada

Ağstafaya sel gəldi
19-07-2026, 08:45

Ağstafaya sel gəldi

Hərbçimiz həlak oldu
18-07-2026, 09:18

Hərbçimiz həlak oldu

Sən kimə dua edirsən?..
18-07-2026, 09:14

Sən kimə dua edirsən?..

20 Ara 13:14Manşet / Gündəm / Dünya

Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğramış hərbi təyyarə ilə bağlı Türkiyədən AÇIQLAMA

 

"C-130"lar hazırda hələ də dünyanın 70 ölkəsi tərəfindən ən təhlükəsiz təyyarələr kimi istifadə olunur".

Oxu.Az-ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​illik qiymətləndirmə iclasında gündəmdəki məsələlərlə bağlı sualları cavablandırarkən deyib.

Yaşar Gülər ​​Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəsi ilə bağlı araşdırmaların davam etdiyini bildirib:

"Bir daha şəhidlərimizə Allahdan rəhmət diləyirik. Biz 1964-cü ildən "C-130"lardan istifadə etməyə başlamışıq. O vaxtdan bəri belə bir qəza baş verməmişdi. "C-130"lar hazırda hələ də dünyanın düz 70 ölkəsi tərəfindən ən təhlükəsiz təyyarələr kimi istifadə olunur. Bu qəzadan sonra bütün "C-130" təyyarələrimizin hamısında yoxlamalar gücləndirilib. Bu yoxlamanı başa vurduqdan sonra təyyarələrimizdən istifadə etməyə davam edəcəyik".

"Qəzaya uğramış təyyarəmizin qara qutusu hələ də TUSAŞ-da (Türk Aerokosmik Sənayesi) araşdırılmağa davam edir. Qəza araşdırma qrupumuz da işlərini davam etdirir. Hələ ki, tamamlanmayıb. Təyyarəmizin qəza səbəbi ilə bağlı nəticə nə olursa olsun, bunu şəffaf şəkildə izahlı formada açıqlayacağıq", - deyə Gülər əlavə edib.