Menu
Xəbər Lenti
Neftimiz bahalaşdı
Dün, 08:30

Neftimiz bahalaşdı

Yenidən trilyonçu oldu
6-10-2026, 13:11

Yenidən trilyonçu oldu

20 Ara 14:39Manşet / Gündəm / Siyasət

Əli Əsədov Monteneqro baş nazirinin müavini ilə görüşüb

 

Azərbaycanın Baş naziri Əli Əsədov Monteneqronun baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç ilə görüşüb.

Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüşdə Azərbaycan-Monteneqro münasibətlərinin bir çox sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.

Beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə tərəfindən göstərilən qarşılıqlı dəstək vurğulanıb.

Söhbət zamanı Azərbaycanla Monteneqro arasında ticarət-iqtisadi, investisiyaların təşviqi, energetika, humanitar, turizm və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.