Menu
Xəbər Lenti
Neftimiz ucuzlaşdı
30-12-2025, 08:50

Neftimiz ucuzlaşdı

Bayram günlərinin havası
30-12-2025, 08:12

Bayram günlərinin havası

Meteor yağışı olacaq
29-12-2025, 08:56

Meteor yağışı olacaq

01 Ock 11:52Manşet / Gündəm / Cəmiyyət

Bu ildən qadın və kişilərin pensiya yaşı bərabərləşəcək

 

Bu ildən Azərbaycanda qadın və kişilərin pensiya yaşı bərabərləşəcək.

Oxu.Az-ın məlumatına görə, 2026-cı il iyulun 1-dən qadınların pensiya yaşı altı ay artırılaraq 65 olacaq.

Kişilərin pensiya yaşında isə dəyişiklik olmayacaq və bu hədd 65-lə müəyyənləşib.

Qeyd edək ki, "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2026-cı il iyulun 1-dək hər il altı ay artırılır.

Pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.

Bu ildən qadın və kişilərin pensiya yaşı bərabərləşəcək