HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
Onu casusluqda ittiham edənlərə belə cavab verdi

Venesuelanın müvəqqəti lideri Delsi Rodrigez ABŞ tərəfindən keçirilən hərbi əməliyyat nəticəsində Prezident Nikolas Maduronun tutulması və ABŞ‑yə aparılmasından sonra ortaya çıxan ittihamlara sərt reaksiya verib.
“Qafqazinfo”nun xəbərinə görə, o bildirib ki, Venesuelanı heç bir xarici casus idarə etmir və ölkədə hakimiyyət yalnız Venesuela hökumətinin əlindədir.
Rodrigez Maduronun ABŞ tərəfindən tutularaq mühakimə olunması ilə bağlı xəbərlərə cavab olaraq deyib ki, ölkədə sülh və sabitliyin təmin olunması hökumətin prioritetidir və xarici qüvvələrin təsiri yoxdur.
“Venesuelanı idarə edən heç bir xarici agent yoxdur”, - o bildirib.
Rodrigez ölkənin daxili işlərinə kimsənin müdaxilə etməyəcəyini vurğulayıb.
Qeyd edək ki, Kolumbiyanın keçmiş vitse-prezidenti Santos Kalderon müvəqqəti prezident təyin olunmuş Delsi Rodrigezi “Maduroya xəyanət edən şəxs” adlandırıb. “Mən onun Maduronu təhvil verdiyinə tamamilə əminəm”, - o deyib.
Kalderonun sözlərinə görə, Rodrigez özünü ABŞ administrasiyasına “Maduro rejiminə məqbul alternativ” kimi təqdim edib.























































