Menu
Xəbər Lenti
Putinlə danışmaq istəyir
7-01-2026, 05:17

Putinlə danışmaq istəyir

09 Ock 07:39Manşet / Sosial

Bu ərazilərdə işıq olmayacaq

bu-erazilerde-isiq-olmayacaq

Bakı və Masallının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, bu gün Masallı Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 35/10 kV-luq “Eminli” yarımstansiyasından çıxan 10 kV-luq 1 saylı hava xəttində təmiri işi aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 12:00-dək Hacıtəpə, Həsənli, Məmmədxanlı, Şəhriyar, Təkdam kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Həmçinin Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində də təmir işləri həyata keçiriləcək.

Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Əmircan qəsəbəsi Vladimir Balandin, Tofiq Bayram, V. Axundlu, Nizami Gəncəvi, M. Əzizbəyov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.