Menu
Xəbər Lenti
Vens İsveçrədədir
Bugün, 09:32

Vens İsveçrədədir

Bu gün imtahan var
Bugün, 09:21

Bu gün imtahan var

Xankəndiyə qayıdırlar
19-06-2026, 09:04

Xankəndiyə qayıdırlar

Zamana sığmayan zəka...
17-06-2026, 15:38

Zamana sığmayan zəka...

10 Ock 10:04Manşet / Sosial

Duman, çiskin, 17° isti - Sabahın havası

duman-ciskin-17-isti

Yanvarın 11-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiyada Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Şimal-qərb küləyi səhər arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-5, gündüz 11-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 65-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq.