Xəbər Lenti
27-09-2026, 19:06
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
15 Ock 05:20Manşet / Şou-biznes
"Madaqaskar" cizgi filminin davamı çəkilə bilər

Məşhur "Madaqaskar" cizgi filminin yaradıcısı Tom MakQrat franşizanın dördüncü hissəsini çəkmək istədiyini etiraf edib.
Oxu.Az xəbər verir ki, bu məlumat Animationscoop.com saytında dərc olunub.
Layihənin ssenaristi və rejissoru Erik Darnell qeyd edib ki, o və MakQrat "Madaqaskar"ın davamını çəkmək üçün ideyalara malikdirlər.
Lakin animatorlar digər layihələrlə məşğul olduqları üçün yaxın zamanda film üzərində işləyə bilməyəcəklər. Onlar gələcəkdə dördüncü hissənin çəkiləcəyini inkar etməyiblər.























































