Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
Zehni işlə məşğul olanların NƏZƏRİNƏ

Zehni işlə məşğul olan insanların gündə iki-üç saat, fiziki işlə məşğul olanların isə bir-iki saat istirahətə ehtiyacları var.
Oxu.Az xəbər verir ki, bu barədə Seçenov Universitetinin həkimi Aleksey Kovalenko "RİA Novosti"yə açıqlamasında bildirib.
"Məsələn, bir insan ofisdə işləyirsə və zehni fəaliyyəti üstünlük təşkil edirsə, bu, gündə iki-üç saat istirahət etməli olduğunu göstərir", - deyə həkim vurğulayıb.
O əlavə edib ki, rəhbərlər də xüsusilə aktiv dövrlərdə gündə üç-dörd saat istirahətə ehtiyac duya bilərlər.
Fiziki işlə məşğul olan insanlar isə gündə bir-iki saat dincəlməlidirlər. Bunun səbəbi insan əzələlərinin mərkəzi sinir sistemindən daha səmərəli işləyə bilməsidir.
Kompüter arxasında oturub işləyərkən, və ya məsələn, kitab oxuyarkən bədənə saatda cəmi 50-75 kcal enerji lazımdır. Bu arada fiziki fəaliyyət zamanı məsələn, saatda 5 km sürətlə sürətli gəzinti vaxtı bədən saatda təxminən 250 kcal enerji sərf edir.























































