Menu
Xəbər Lenti
Neftimiz bahalaşdı
Dün, 08:17

Neftimiz bahalaşdı

FƏDAKAR ALİM ÖMRÜ
15-01-2026, 14:50

FƏDAKAR ALİM ÖMRÜ

18 Ock 11:21Manşet / Dünya

KİV: Cənubi Koreya ordusuna "yırtıcı" raket təhvil verilib

KİV: Cənubi Koreya ordusuna yırtıcı raket təhvil verilib

Cənubi Koreya Silahlı Qüvvələri 2025-ci ilin sonlarında bunkerlərin məhv edilməsi üçün nəzərdə tutulmuş, ölçülərinə və dağıdıcı gücünə görə "yırtıcı" adlandırılan güclü "Hyunmu-5" ballistik raketlərini silahlanmaya qəbul etməyə başlayıb.

Oxu.Az bildirir ki, bu barədə "Yonhap" agentliyi hərbi mənbələrə istinadən məlumat yayıb.

"Yer-yer" tipli raketin döyüş başlığının çəkisi 8 tona çatır. "Hyunmu-5" raketlərinin qoşunlara tam şəkildə təhvil verilməsi 2030-cu ilə qədər başa çatdırılmalıdır.

"Hyunmu-5" ilk dəfə 2023-cü ildə Cənubi Koreya Silahlı Qüvvələr Günü münasibətilə keçirilən paradda ictimaiyyətə təqdim edilib, lakin onun taktiki-texniki xüsusiyyətlərinin böyük hissəsi hələ də məxfi saxlanılır.