200-dən çox sakini bir araya gətirən İlaxır Çərşənbə: Azur Residence-də yeni idarəetmə özünü sübut etdi
Azərbaycanda daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR: 54 nəfər işdən çıxarıldı - ÖZƏL
Pulsuz ayrılmalı olan məzar yerləri FANTASTİK QİYMƏTLƏRƏ satışa çıxarılır - RƏSMİ AÇIQLAMA
Azərbaycan yalnız regional güc kimi deyil, həm də qlobal dialoq və əməkdaşlıq platformalarının təşəbbüskarı kimi çıxış edir
VK sədri: "Vəkil adından qanunsuz istifadə hallarına qarşı mübarizə gücləndirilib"

"Azərbaycanda vəkil adından qanunsuz istifadə hallarına qarşı mübarizə gücləndirilib".
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov kollegiya üzvlərinin bu gün keçirilən ümumi yığıncağında deyib.
Kollegiya sədri bildirib ki, 2018-ci ilin yanvar ayının 1-dən etibarən Azərbaycanda nümayəndəlik institutu məhdudlaşdırılandan sonra, Vəkillər Kollegiyasının üzvü olmayan şəxslər tərəfindən vəkil adından qanunsuz istifadə hallarına daha çox rast gəlinməkdədir:
"Əksər hallarda bu şəxslər fəaliyyət göstərdikləri ünvanlarda "vəkil", "vəkil bürosu", "vəkil xidmətləri" kimi adlardan reklam olaraq istifadə edirlər. Belə halların qarşısının alınması məqsədilə yeni dəyişikliklərdə vəkillərin müstəsna fəaliyyəti ilə bağlı anlayışların qeyri-vəkillər tərəfindən istifadə edilməsi qadağan olunub.
Buna görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə də dəyişiklik edilib və vəkil adından qanunsuz istifadə ilə bağlı normalar da təkmilləşdirilib. Digər mühüm dəyişikliklərdən biri isə "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunda intizam pozuntusuna yol vermiş vəkillərə münasibətdə tətbiq olunan intizam tənbehi tədbirlərinin seçilməsi zamanı konkret meyarlar müəyyən olunmuş, vəkillərin intizam icraatı proseduruna yeniliklər edilib".
Samir Əli























































