Menu
Xəbər Lenti
4 yolda sıxlıq var
Dün, 08:23

4 yolda sıxlıq var

Vens İsveçrədədir
21-06-2026, 09:32

Vens İsveçrədədir

Bu gün imtahan var
21-06-2026, 09:21

Bu gün imtahan var

“Azeri Light” bahalaşdı
20-06-2026, 10:30

“Azeri Light” bahalaşdı

31 Ock 09:44Manşet / Şou-biznes

Türkiyədə narkotik əməliyyatları: Emirhan Çakal və tanınmış simalar saxlanıdılar

Türkiyədə narkotik əməliyyatları: Emirhan Çakal və tanınmış simalar saxlanıdılar

Türkiyə hüquq-mühafizə orqanlarının məşhurlara qarşı keçirdiyi narkotik əməliyyatları zamanı saxlanılan tanınmış şəxslərin bəzilərinin adları müəyyənləşib.

Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata görə, saxlanılanlar arasında tanınan müğənni Emirhan Çakal da var.

Qeyd olunub ki, ümumilikdə 26 nəfər saxlanılıb. Tanınan simalardan Döndü Şahin, Mert Eren Bülbül, Mazlum Aktürk və Sıla Dündarın da nəzarətə götürüldüyü vurğulanıb.

Xatırladaq ki, daha əvvəl tanınmış aparıcı Hasan Can Kaya və sosial media fenomeni, Reynmen kimi tanınan müğənni Yusuf Aktaşın da saxlanıldığı bəlli olub.