HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
Ötən ay neçə nəfər zəhərlənib? - KTM açıqladı

2026-cı ilin yanvar ayında Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə ümumilikdə 85 nəfər müxtəlif mənşəli zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunub.
Oxu.Az xəbər verir ki, bu barədə KTM məlumat yayıb.
Vaxtında aparılan düzgün müalicə tədbirləri nəticəsində 81 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar.
Pasiyentlərdən 27 nəfər dərman preparatlarından, iki nəfər siçan dərmanından (rodentisid), 29 nəfər sirkə turşusundan, bit nəfər kimyəvi məhlullardan, iki nəfər allergik reaksiyalardan, iki nəfər spirtli içkidən, 21 nəfər dəm qazından, bit nəfər isə inqalyasion zəhərlənmə səbəbi ilə müalicəyə cəlb olunub.
Tibbi personal tərəfindən bütün pasiyentlərə ixtisaslaşmış toksikoloji yardım, intensiv terapiya, reanimasiya və detoksikasiya tədbirləri tətbiq olunub.
Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, təəssüf ki, dörd nəfərin (1 qadın və 3 kişi) həyatını xilas etmək mümkün olmayıb.
Ölüm hallarının əsas səbəbləri dəm qazı və sirkə turşusu ilə zəhərlənmə nəticəsində yaranmış toksik vəziyyət olub.























































