HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
Tom Kruz gündüz saatlarında baş verən quldurluqdan sonra lüks mənzilini tərk etdi

Hollivud aktyoru Tom Kruz Londonun dəbdəbəli Naytsbric rayonundakı lüks penthausundan təcili köçüb. Buna səbəb gündüz vaxtı həmin binada yerləşən "Rolex" butikinə edilən basqın və oğurluq olub, bu da aktyoru mühafizənin etibarlılığına şübhə ilə yanaşmağa vadar edib.
Oxu.Az xəbər verir ki, "The Telegraph"a istinadən silahlı basqınçılarla bağlı insident yanvarın 20-də baş verib.
Hadisədən sonra piyada gəzməyi sevən Kruz köçməyi tez bir zamanda təşkil edib və hətta bina əməkdaşlarını da təəccübləndirib.
Ekspertlərin fikrincə, bu cür cinayətlər nüfuzlu rayonların imicinə ciddi ziyan vurur. Londonun mərkəzindəki elit butiklərdə baş verən səs-küylü soyğunlar seriyası məşhurlar və varlı insanlar üçün təhlükəsizlik məsələlərini yenidən nəzərdən keçirməyə səbəb olur.























































