Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir
Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
Vens bu tarixlərdə Azərbaycana gələcək

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Ermənistan və Azərbaycana səfəri 9–11 fevral tarixlərində baş tutacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin açıqlamasında qeyd olunub.
Onu ABŞ Dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq müşayiət edəcək.
“ABŞ Dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq fevralın 9-11-də İtaliyanın Milan şəhərinə, Ermənistanın İrəvan şəhərinə və Azərbaycanın Bakı şəhərinə olacaq səfərləri zamanı vitse-prezident Ceyms Devid Vensə qoşulacaq”, - məlumatda deyilir.
Bildirilir ki, o, Ermənistan və Azərbaycana səfəri zamanı ABŞ Prezidenti Donald Trampın sülh səylərini inkişaf etdirəcək və “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu”nu (TRIPP) təşviq edəcək.






















































