Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir
Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
“Lazım gəlsə, Hörmüzdən keçən tankerləri müşayiət edəcəyik”

“Lazım gələrsə, Hörmüz boğazından keçən tankerləri müşayiət edəcəyik”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp sosial media hesabında yazıb.
O, ABŞ Hərbi Dəniz Qüvvələrinə Körfəzdən keçən bütün dəniz ticarətinin, xüsusən də enerji daşıyan tankerlərin təhlükəsizliyini təmin etmək tapşırığını verib.
Trampın sözlərinə görə, lazım gələrsə, ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından keçən tankerləri müşayiət etməyə başlayacaq.
ABŞ Prezidenti ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasına (DFC) bütün gəmiçilik şirkətləri üçün körfəzdən keçən dəniz ticarətinə münasib qiymətə siyasi risk sığortası və zəmanətlərin təmin olunmasını tapşırdığını da qeyd edib.
Tramp vurğulayıb ki, ABŞ nə olursa-olsun, dünyaya sərbəst enerji axınını təmin edəcək və iqtisadi, həmçinin hərbi gücünün dünyada ən böyük olduğunu göstərmək üçün əlavə addımlar atacaq.






















































