Xəbər Lenti
Dün, 06:37
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
27-10-2026, 06:44
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
15 il həbs verilən gözdən əlil məhkumun - Cəzası azaldıldı
Lökbatanda tanışını qətlə yetirməkdə təqsirli bilinən, iki gözündən də əlil olan Qulu Abbasovun cəzası azaldılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ali Məhkəmə belə qərar qəbul edib.
Məhkəmə kollegiyası məhkumun əməlini xüsusi amansızlıqla adam öldürmə maddəsindən daha yüngül olan qəsdən adam öldürmə maddəsinə tövsif edib. Yeni qərarla Q.Abbasovun cəzası 15 ildən 13 ilə endirilib.
Qeyd edək ki, 43 yaşlı məhkum qonşusu Xanlar Əmirovu bıçaqla qətlə yetirib. Məhkəmədə cinayətin qısqanclıq zəminində baş verdiyi bildirilib.
Sail Ağasəlim






















































