Türkiyə Şimali Kiprə 6 F-16 döyüş təyyarəsi və hava hücumundan müdafiə sistemləri yerləşdirdi
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edilib
Tramp İranı hədələdi, Mərkəzi Komandanlıq dəhşətli silahın GÖRÜNTÜLƏRİNİ yaydı - VİDEO
Oğlunu Azərbaycana sürgün edən amansız Hörmüz - İndi dünyanın ürəyi orada döyünür...
“Xəbər tutdum ki, belə bir hadisə olub, dərhal nazirə zəng etdim” - Müctəba Dərmiçilu
Pullarının bir hissəsini Rusiya ordusuna vermək istəyir - İddia

Rusiyalı milyarder Roman Abramoviç “Çelsi” futbol klubunun satışından əldə olunan və dondurulmuş vəsaitlərin taleyi ilə bağlı hüquqi mübarizəyə başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti məlumat yayıb.
KİV iddia edir ki, iş adamı sözügedən vəsaitin bir hissəsini Rusiya Silahlı Qüvvələrinin yaralı əsgərlərinə dəstək məqsədilə bağışlamaq niyyətindədir.
Nəşr yazır ki, Abramoviçin vəkilləri Böyük Britaniya hökumətinə ünvanladıqları məktubda 2022-ci ildə klubun satışından əldə edilən milyardlarla funt sterlinqin müştərilərinə məxsus olduğunu və onun bu vəsait üzərində müstəqil sərəncam vermək hüququnun olduğunu bildiriblər. Vəkillər vurğulayıblar ki, vəsaitlərin müsadirə edilməsi cəhdlərinə məhkəmə yolu ilə etiraz ediləcək və istənilən ianə yalnız könüllü əsaslarla həyata keçirilə bilər.
Xatırladaq ki, Roman Abramoviç 2022-ci ilin mayında sanksiyalar fonunda “Çelsi”ni 4,25 milyard funt sterlinqə satıb. Həmin vaxtdan bəri Böyük Britaniya banklarında dondurulan vəsaitlə bağlı London məhkəməsi və milyarder arasında razılıq əldə olunmayıb. Britaniya tərəfi pulun Ukraynaya humanitar yardım üçün xərclənməsini tələb etsə də, iş adamı vəsaitin bölüşdürülməsində şəxsən iştirak etmək istəyir.





















































