Menu
Xəbər Lenti
17 Mrt 06:37Manşet / Dünya

Belçika da “yox” dedi

belcika-da-yox-dedi

Belçika Baş naziri Bart De Vever federal hökumətin mövqeyinin ABŞ və İsrailin İrana hücumlarında iştirak etməyə qarşı olduğunu açıqlayıb.

“Qafqazinfo” “Belga”ya istinadən xəbər verir ki, De Vever Brüsseldə keçirilən tədbirdən sonra jurnalistlərin Belçikanın Hörmüz boğazında mümkün hərbi əməliyyatda iştirak edib-etməyəcəyi ilə bağlı suallarını cavablandırıb.

O bildirib ki, federal hökumətin mövqeyi ABŞ və İsrailin İrana qarşı əməliyyatlarında iştirak etməməkdir. De Vever əlavə edib ki, NATO müttəfiqlərindən və ya regiondakı digər ölkələrdən hər hansı sorğu gəlsə, bu məsələ müzakirə olunacaq.

Baş nazir həmçinin Avropanın Rusiya ilə münasibətlərinin normallaşdırılması barədə suallara cavab verib. O qeyd edib ki, normallaşma yalnız Avropa İttifaqı və Ukrayna üçün məqbul olan sülh müqaviləsi imzalandıqdan sonra nəzərdən keçirilə bilər:

“Hər müharibədən sonra məqsəd budur. Əlbəttə ki, əbədi olaraq düşmən qala bilməzsiniz, elə deyilmi?”

Qeyd edək ki, bundan əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazına hərbi gəmilər göndərmək çağırışını rədd edərək, İranla münaqişənin Almaniyanın müharibəsi olmadığını qeyd etmişdi.