“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
Nazir italiyalı həmkarı ilə görüşdü
Özbəkistanda səfərdə olan Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov italiyalı həmkarı Françesko Lollobrigida və İtaliya Ticarət Agentliyinin prezidenti (ITA) Matteo Zoppas ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşlərdə aqrar sahədə əməkdaşlığın inkişaf etdirilməsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, iş adamları arasında əlaqələrin genişləndirilməsi, hər iki ölkədə təşkil edilən beynəlxalq sərgi və yarmarkalarda iş adamlarının iştirakının təşviq edilməsi, müasir texnologiyaların transferi, aqrar elmi-tədqiqat və aqrar təhsil sahəsində əməkdaşlıq məsələləri, o cümlədən şərabçılıq, heyvandarlıq və südçülük sahələrində əlaqələrin gücləndirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsi müzakirə olunub.
Tərəflər iki ölkə arasında kənd təsərrüfatı sahəsində gələcəkdə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində, kənd təsərrüfatı və ərzaq məhsullarının ticarət dövriyyəsinin artırılmasında maraqlı olduqlarını ifadə ediblər. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC (ATT) ilə İtaliyanın əsas fermer təşkilatı olan “Coldiretti”, eləcə də kənd təsərrüfatı və aqrar sənaye sahəsini özündə birləşdirən“Filiera Italia” Assosiasiyası ilə arasında əməkdaşlıq memorandumu imzalanıb. Anlaşma Memorandumunda aqrar sahədə gələcək əməkdaşlığın istiqamətləri öz əksini tapıb. Sənədə əsasən, tərəflər kənd təsərrüfatı və aqrar sənaye sektorunda məhsuldar, dayanıqlı və ixracyönümlü kənd təsərrüfatı iqtisadiyyatının qurulması sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.























































