Xəbər Lenti
6-09-2026, 09:04
Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir
5-09-2026, 19:24
Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
5-09-2026, 18:45
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
5-09-2026, 16:12
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
Pezeşkian: Azərbaycan hökumətinin göstərdiyi dəstəyi yüksək qiymətləndirirəm
İran Prezidenti Məsud Pezeşkian Azərbaycan hökumətinin və xalqının ölkəsinə göstərdiyi rəğbət və dəstəyi yüksək qiymətləndirir.
"Report" xəbər verir ki, Pezeşkian bunu Azərbaycan Prezidenti İlham Əliyevlə apardığı telefon danışığı barədə "X" sosial media hesabında etdiyi paylaşımda bildirib.
"Azərbaycan Prezidenti İlham Əliyevlə söhbətim zamanı Azərbaycan hökumətinin və xalqının göstərdiyi rəğbət və dəstəyi yüksək qiymətləndirdim. Dost və qardaş xalqlar çətin anlarda bir-birinin yanında olur, sivilizasiya kökləri nə qədər dərindirsə, bu bağ da bir o qədər güclü olur", - İran Prezidenti bildirib.
Xatırladaq ki, İran Prezidenti Məsud Pezeşkian aprelin 2-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Məsud Pezeşkian Azərbaycanın İrana göstərdiyi humanitar yardıma görə dövlət başçısına minnətdarlığını bildirib.
Prezident İlham Əliyev Azərbaycanın İrana göstərdiyi humanitar yardımın davam edəcəyini deyib, yaxın zamanlarda növbəti humanitar yardımın göndəriləcəyini vurğulayıb.
İranda vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edən dövlət başçısı həlak olan İran vətəndaşlarına Allahdan rəhmət diləyib.
Prezident İlham Əliyev qarşıdurmanın tez bir zamanda sona çatmasını arzuladığını bildirib.
Telefon söhbəti zamanı regionda sülhün tezliklə əldə olunmasının zəruriliyi






















































