Menu
Xəbər Lenti
14 yolda tıxac var - Siyahı
13-04-2026, 09:07

14 yolda tıxac var - Siyahı

18 Nis 09:07Manşet / İdman

“Real Madrid”dən kim gedəcək, kim qalacaq?

real-madridden-kim-gedecek-kim-qalacaq

“Real Madrid”in növbəti mövsüm üçün planları bəlli olur.

“Qafqazinfo” xəbər verir ki, komandada gedib-qalacaq futbolçuların siyahısı tədricən formalaşır.

Belə ki, klub əsas heyətini qorumağı hədəfləyir.

Məlumata görə, “Real Madrid” rəhbərliyi xüsusilə Arda Gülər, Vinisius, Kilian Mbappe və Cud Bellingem kimi əsas oyunçuları gələn mövsüm də heyətdə saxlamaq istəyir. Bu futbolçuların komandanın əsas dayağı olacağı bildirilir.

Eyni zamanda Tibo Kurtua, Eder Militao, Aurelien Tçuameni və Federiko Valverde kimi futbolçuların da klubun planlarında yer aldığı qeyd olunur.

Heyətdə bəzi dəyişikliklərin də olacağı gözlənilir. Müqaviləsi bitən David Alaba və Dani Karvaxal, həmçinin Dani Sebalyos, Qonsalo və Eduardo Kamavinqa kimi futbolçuların gələcəyi qeyri-müəyyən olaraq qalır.

Klub gənc oyunçuların inkişafına da diqqət ayırır. Franko Mastantuono icarəyə göndərilə bilər. Endrikin əsas komandaya daha çox inteqrasiya olunması, Niko Paz üçün isə geri alma seçiminin tətbiqi planlaşdırılır.