Abşeronu qanunsuz tikinti meydançasına çevirən, memarı da işlərinə alət edən RİH-nin "qara kassası" Zahid KİMDİR? -
HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
“AzInTelecom”un superkompüter infrastrukturundan istifadə genişlənir

AZCON Holdinq şirkətlərindən olan “AzInTelecom” MMC-nin qurduğu Superkompüter Mərkəzinin imkanlarından aktiv şəkildə istifadə edilir.
“Qafqazinfo” xəbər verir ki, süni intellekt (Sİ) həllərinin hazırlanması və tətbiqi üçün geniş imkanlar təqdim edən bu infrastrukturun bir sıra dövlət qurumları və aparıcı təşkilatlar tərəfindən istifadə olunmasına başlanılıb. Hazırda mövcud resurslardan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Milli Süni İntellekt Mərkəzi, ABB və daha bir neçə qurum yararlanmaqdadır.
Superkompüter infrastrukturunda tətbiq olunan “NVIDIA H200 GPU” çipləri böyükhəcmli məlumatların yüksək sürətlə emalına imkan verir və ənənəvi kompüterlərlə müqayisədə əhəmiyyətli üstünlük təmin edir. Bu da öz növbəsində Sİ layihələrinin ölkə daxilində, xarici resurslardan asılılıq olmadan inkişaf etdirilməsinə şərait yaradır.
Qeyd edək ki, layihənin əsas məqsədi ölkədə süni intellekt texnologiyalarının tətbiqini genişləndirmək, bu sahədə inkişafı sürətləndirmək və rəqəmsal transformasiyaya töhfə verməkdir. “AzInTelecom” tərəfindən superkompüter infrastrukturunun genişləndirilməsi məqsədilə əlavə “GPU” resurslarının təmin olunması istiqamətində işlər davam etdirilir.























































