Menu
Xəbər Lenti
Təbrik Məktubu
26-04-2026, 15:16

Təbrik Məktubu

İmtahan günüdür
26-04-2026, 10:22

İmtahan günüdür

30 Nis 06:19Manşet / Sosial

8,5 kiloqramlıq böyrəklə yaşayırmış

85-kiloqramliq-boyrekle-yasayirmis

Türkiyənin Qaziantep bölgəsində yaşayan 61 yaşlı Mustafa Doğan nadir rast gəlinən tibbi əməliyyatla yenidən həyata dönüb.

“Qafqazinfo” xəbər verir ki, polikistik böyrək xəstəliyi səbəbindən xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstə, şiddətli ağrı, nəfəs darlığı və qarın nahiyəsində həddindən artıq şişkinlik şikayətləri ilə Nefrologiya Klinikasına müraciət edib.

Aparılan ətraflı müayinələr zamanı məlum olub ki, xəstənin böyrəklərindən biri patoloji dərəcədə böyüyərək inanılmaz çəkiyə — 8,5 kiloqrama çatıb.

Tibbi mütəxəssislərin qərarı ilə təcili cərrahi əməliyyata alınan M.Doğanın daxili orqanlarını sıxan və həyatı təhlükə yaradan nəhəng böyrəyi uğurla xaric edilib.