Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Məşhur aktyor borc batağında

“Vampir gündəlikləri” ilə şöhrət qazanan İan Somerhalder aktyorluqdan ayrıldıqdan sonra özü və həyat yoldaşının maliyyə böhranı ilə üzləşdiyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, məşhur aktyor səkkiz rəqəmli borcla üzləşdiklərini və bu müddət ərzində bütün əmlaklarını satmalı olduqlarını bildirib.
Somerhalder həyat yoldaşı Nikki Ridin ağır borc yükü ilə yükləndiyini söyləyib. Aktyor Hollivuddan uzaqlaşdıqdan sonra həyata keçirməyə çalışdığı bir təşəbbüsün gözləntiləri doğrultmadığını və bu müddət ərzində maliyyə vəziyyətinin sürətlə pisləşdiyini bildirib.
Məşhur aktyor banka verilən yüksək dəyərli girovun prosesi daha da çətinləşdirdiyini və bütün balansların pozulduğunu deyib.
Somerhalder yaşadıqlarını “hər şeyin bir anda çökdüyü bir dövr” kimi xarakterizə edib.
Həyat yoldaşı Nikki Ridin çətin dövrdə böyük dəstək olduğunu vurğulayan Somerhalder maliyyə böhranını birlikdə aradan qaldırmağa çalışdıqlarını deyib. Cütlük borclarını ödəmək üçün evlərini, maşınlarını, sənət əsərlərini və şəxsi əşyalarını satışa çıxarıb.























































