Xəbər Lenti
Dün, 07:52
Biznes xərclərindən də millər qazandıran “ABB AZAL Miles Business” kartları təqdim olundu
16-11-2026, 18:29
Gələcəyin şəhərlərinə gənclərdən innovativ baxış: “İnsanyönümlü şəhərlər” hakatonu başa çatıb
16-11-2026, 12:25
Azərbaycan Avropanın yaşıl enerji gələcəyinin etibarlı tərəfdaşlarından biri olacaq
13-11-2026, 07:17
Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı - Yeni detallar
12-11-2026, 15:57
Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
“Fənərbaxça”dan qələbə, “Qalatasaray” böyük hesabla uduzdu

Futbol üzrə Türkiyə Superliqasında XXXII turun daha 3 oyunu keçirilib.
“Qafqazinfo” xəbər verir ki, çempionluğa iddialı “Qalatasaray” səfərdə “Samsunspor”a 1:4 hesabı ilə uduzub.
Liderin əsas izləyicisi “Fənərbaxça” isə turu qələbə ilə başa vurub. İstanbul klubu doğma meydanda “Başakşəhər”ə qalib gəlib - 3:1. Ev sahibi komandanın heyətində hər üç qolu Anderson Talişka vurub.
Digər matçda isə “Trabzonspor” evdə “Göztəpə” ilə 1:1 hesablı heç-heçə edib.
Qeyd edək ki, hazırda turnir cədvəlinə 74 xalla “Qalatasaray” başçılıq edir. “Fənərbaxça” 70 xalla 2-ci, “Trabzonspor” isə 66 xalla 3-cüdür.























































