ATU-da magistratura səviyyəsinə yeni və aktual ixtisaslaşmalar üzrə qəbul yerləri elan olunub
Azərbaycan Tibb Universitetində kamandan oxatma idman növünün inkişafı və perspektivləri müzakirə olunub
Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
“Liverpul”u udaraq ÇL-ə vəsiqə qazandılar

İngiltərə Premyer Liqasının 35-ci turunun mərkəzi qarşılaşmasında “Mançester Yunayted” öz meydanında prinsipial rəqibi “Liverpul”u qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, “Old Trafford”da keçirilən dramatik oyun ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşma “qırmızı şeytanlar”ın sürətli hücumları ilə başlayıb. Artıq 6-cı dəqiqədə Mateus Kunya hesabı açıb. Cəmi 6 dəqiqə sonra – 12-ci dəqiqədə isə Benyamin Şeşko fərqi ikiyə çıxararaq azarkeşləri sevindirib.
İkinci hissəyə isə “mersisaydlılar” daha fəal başlayıblar. 47-ci dəqiqədə Dominik Soboslai fərqi azaldıb, 56-cı dəqiqədə isə Kodi Qakpo bərabərlik qoluna imza atıb. Lakin matçın son nöqtəsini 77-ci dəqiqədə Kobi Mainoo qoyaraq komandasına vacib 3 xalı qazandırıb.
Qeyd edək ki, bu qələbə sayəsində xallarını 64-ə çatdıran “Mançester Yunayted” turnir cədvəlində 3-cü pilləyə yüksəlib və növbəti mövsüm üçün UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqəni təmin edib. “Liverpul” 58 xalla 4-cü, “Arsenal” isə 76 xalla liderliyini davam etdirir























































