“Sağlığında sahə həkiminin qəbuluna düşməyibsə, ölüm kağızı almaq olmur” - Rəsmi açıqlama
Xətai rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib
Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümü: Azərbaycanın Dövlətçilik Tarixində Ölməz İrs və Lənkəran Rayonunda İnkişafın Davamlı Təzahürü
“İranla uzun ümumi tarixə malik ölkənin Prezidentinin fikrini dinləmək çox maraqlı oldu”
“Xarı Bülbül”ün zirzəmisində iş yoldaşını döyənə - Bu cəza verildi

Bakı şəhər Nizami rayonunda yerləşən “Xarı Bülbül” restoranında iş yoldaşını döyən ofisiantın məhkəməsi keçirilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məhkəmə 2006-cı il təvəllüdlü Kamran Həsənovu Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə təqsirli bilib.
Məlum olub ki, hadisənin baş verdiyi gün 20 yaşlı Kamran onunla birgə ofisiant işləyən Rza ilə dalaşıb. Kamran Rzaya yaxınlaşaraq nə üçün arxasıyca “dəli” sözünü işlətməsinə və ona baxıb gülümsəməsinə irad bildirib. Bundan sonra hər iki şəxs restoranın zirzəmisinə gedərək mübahisəni davam etdiriblər. Nəticədə, Kamran Rzanın sifətinə zərbələr endirərək ona xəsarətlər yetirib.
Məhkəmənin hökmü ilə ofisiant yoldaşını döyən gəncə 1100 manat cərimə cəzası verilib.
Aslan Vəliyev






















































