Menu
Xəbər Lenti
Tramp Çinə gedir
13-05-2026, 06:48

Tramp Çinə gedir

14 yolda tıxac var - Siyahı
12-05-2026, 06:32

14 yolda tıxac var - Siyahı

15 May 06:15Manşet / Şou-biznes

Serenay Türkiyəni tərk edir

serenay-turkiyeni-terk-edir

Məşhur türkiyəli aktrisa Serenay Sarıkaya Türkiyəni tərk edərək İtaliyaya köçmək qərarına gəlib.

“Qafqazinfo” xəbər verir ki, aktrisa bundan sonra ilin böyük hissəsini Sardiniya adasında keçirəcək.

Məlumata əsasən, Sarıkaya son dövrlərdə həm şəxsi həyatı, həm də karyerası ilə gündəmdə olub. 33 yaşlı aktrisa son olaraq “Kimler Geldi, Kimler Geçti” serialında “Leyla Taylan” obrazını canlandırıb.

Aktrisanın adı bir müddət əvvəl meneceri Ayşe Barım ətrafında yaranan qalmaqallarda da hallanmışdı. Bu prosesdən sonra Sarıkayanın ölkədən uzaqlaşmaq qərarı aldığı iddiaları daha da güclənib.

Digər tərəfdən, Sarıkayanın iki ilə yaxındır münasibətdə olduğu müğənni Mert Demirlə birlikdə İtaliyaya köçüb-köçməyəcəyi hələlik məlum deyil.