“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“Qarşıdakı 10 il həlledici mərhələ olacaq” - Qay Rayder

“Yeni şəhərsalma gündəliyinin həyata keçirilməsi istiqamətində irəli sürülən təşəbbüslərin konkret mexanizmlərlə dəstəklənməsi böyük əhəmiyyət daşıyır. Qarşıdakı 10 il urbanizasiya siyasətinin effektiv icrası baxımından həlledici mərhələ olacaq”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Birləşmiş Millətlər Təşkilatında siyasət məsələləri üzrə Baş katibin müavini Qay Rayder Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüşündə videomüraciəti zamanı səsləndirib.
O bildirib ki, əsas məqsədlərdən biri əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi, yerli və regional idarəetmə orqanları arasında koordinasiyanın daha da artırılmasıdır.
Qay Rayder vurğulayıb ki, yeni şəhərsalma təşəbbüslərinin həyata keçirilməsi yalnız müzakirələrlə məhdudlaşmamalı, konkret nəticələrlə müşayiət olunmalıdır.
BMT rəsmisi əlavə edib ki, qarşıdakı dövrdə urbanizasiya siyasətinin uğurlu icrası üçün siyasi iradə, institusional koordinasiya və davamlı əməkdaşlıq xüsusi əhəmiyyət daşıyacaq.






















































