Xəbər Lenti
21-09-2026, 11:13
Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
20-09-2026, 13:51
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Traktoru arxaya verərkən - Anasının ölümünə səbəb oldu

Ucarda oğul anasını traktorla ehtiyatsızlıqdan vuraraq öldürüb.
“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Alpı kənd ərazisində baş verib.
1989-cu il təvəllüdlü Ucar sakini Gündüz Yaqub oğlu Faxrətov “Belarus” markalı traktoru arxaya verərkən 1959-cu il təvəllüdlü anası Adilə Əkbər qızı Abbasovanı vurub. Ağır xəsarət alan A. Abbasova həyatını itirib.
Bakı-Qazax magistral yolunun Ucarın Qaradağlı kəndi ərazisindən keçən hissəsində də ölümlə nəticələnən qəza baş verib.
46 yaşlı kənd sakini Seymur Vaqif oğlu Səmədovu naməlum avtomobil vurub. Piyada hadisə yerində ölüb. Sürücü hadisə yerindən uzaqlaşıb.
Hər iki faktla bağlı araşdırma aparılır.























































