TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
Kondisioner ölümcül xəstəlik yaya bilər? - Həkim əsas riski açıqladı
Kondisionerin soyuq havası birbaşa xəstəlik yaratmasa da, infeksiyaların yayılmasına və tənəffüs yollarının immun müdafiəsinin zəifləməsinə səbəb ola bilər.
Sehiyye.info xəbər verir ki, bu barədə tibb elmləri doktoru Aleksandr Kalyujin “Gazeta.ru”ya danışıb.
Onun sözlərinə görə, soyuq hava və temperatur fərqləri tənəffüs yollarının selikli qişasının müdafiəsini zəiflədir:
“Əslində kondisioner özü soyuqdəymənin səbəbi deyil. Əsas törədicilər hava-damcı yolu ilə yayılan virus və bakteriyalardır. Lakin kondisioner sistemləri infeksiyaların yayılması üçün əlverişli şərait yarada bilər. Uzun müddət soyuq havaya məruz qalmaq və kəskin temperatur dəyişiklikləri tənəffüs yollarının yerli müdafiəsini azaldır. Bu isə xüsusilə mövsümi respirator viruslara qarşı həssaslığı artırır”.
Mütəxəssis bildirib ki, texniki baxımı düzgün aparılmayan kondisionerlər toz, göbələk və müxtəlif mikroorqanizmləri özündə toplaya bilər: “Sanitar qaydalara əməl olunmadıqda həmin hissəciklər hava axını ilə otağa yayılır. Qapalı məkanlarda və insanların sıx olduğu yerlərdə bu, infeksiya riskini artırır”.
Aleksandr Kalyujin kondisionerlərin mütəmadi təmizlənməsinin vacib olduğunu vurğulayıb. O qeyd edib ki, epidemiologiyada xüsusi diqqət yetirilən “Legionella pneumophila” bakteriyası da məhz soyutma və su sistemlərində çoxala bilir.
“Bu bakteriya legionellyoz adlı ağır pnevmoniyaya səbəb olur. Xəstəlik daha çox iri binaların ventilyasiya və iqlim sistemləri, hotellər və ticarət mərkəzləri ilə əlaqələndirilir. Əsas risk kondisionerin soyuqluğunda deyil, avadanlığın gigiyenik baxımının düzgün aparılmamasındadır”, - deyə o əlavə edib.//publika






















































