Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir
Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
ABŞ daha bir ölkənin liderinə qarşı ƏMƏLİYYAT PLANI HAZIRLAYIR - ANONS EDİLDİ
ABŞ-nin ədliyyə naziri, baş prokuroru səlahiyyətlərinin icraçısı Todd Blanş Kuba inqilabının liderlərindən biri olan ordu generalı Raul Kastronun ölkəyə (ABŞ-yə) gətirilərək məhkəməyə çıxarılması üçün əllərindən gələni etməyə hazır olduqlarını bəyan edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Fox News" telekanalı məlumat verib.
"Bizə lazımdır ki, Kastro burada olsun və məhkəmədə cavab versin. Biz onun bura gətirilməsi üçün əlimizdən gələni edəcəyik", - deyə o bildirib.
Todd Blanş Venesuelanın sabiq prezidenti Nikolas Maduronun ABŞ Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsini xatırladaraq, bunu "ekstremal nümunə" adlandırıb.
"Biz bunu adətən ekstradisiya və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq yolu ilə edirik", - deyə o qeyd edib.
ABŞ Ədliyyə Nazirliyi daha əvvəl Raul Kastroya qarşı ittiham irəli sürüb və o, dörd nəfərin qətlində, iki təyyarənin məhv edilməsində, ABŞ vətəndaşlarını öldürmək məqsədilə əlbir iş görməkdə günahlandırıb. İttihamlar 1996-cı ildə baş verən insidentlə bağlıdır ki, o zaman Kuba Hərbi Hava Qüvvələri Mayamidə yerləşən "Qardaşlar köməyə gəlir" mühacirət təşkilatına məxsus iki təyyarəni vurmuşdular. Kastro ilə yanaşı, iş üzrə təqsirləndirilən şəxs qismində daha beş nəfər barəsində cinayət işi açılıb. Blanşın sözlərinə görə, ABŞ Ədliyyə Nazirliyi 94 yaşlı Kastronun məhkəməyə könüllü və yaxud başqa formada çıxarılacağına inanır.






















































