Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir
Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
Yer kürəsinin fırlanma sürəti azalır - Yeni araşdırma
Yer kürəsinin fırlanması son 3.6 milyon il ərzində müşahidə olunmamış templə yavaşlamağa başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "BBC Science Focus" portalı Vyana Universiteti və Sürix Ali Texniki Məktəbinin alimlərinin araşdırmasına istinadən məlumat yayıb.
Bu nəticəyə gəlmək üçün tədqiqatçılar birhüceyrəli dəniz orqanizmlərinin daşlaşmış qabıqlarını təhlil ediblər. Okean dibində qorunub saxlanmış bu qalıqların kimyəvi tərkibi onlara uzaq keçmişdəki dəniz səviyyəsinin dəyişmələrini hesablamağa və bu göstəricilər əsasında müxtəlif dövrlərdə Yer kürəsinin fırlanma sürətini müəyyən etməyə imkan verib.
Mütəxəssislər müəyyən ediblər ki, hazırkı yavaşlama tempi araşdırılan dövr üçün bənzərsizdir. Alimlərin fikrincə, bu prosesin əsas səbəbi iqlim dəyişikliyinin törətdiyi qütb buzlaqlarının əriməsidir.






















































