QHT sədri İmişli rayonunda 70 aztəminatlı ailənin uşaqlarına məktəb geyimləri və ləvazimatlarə təqdim edib
Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir
Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
Vəliəhd şahzadənin vəziyyəti ağırdır - Ağciyər transplantasiyası siyahısına salındı

Norveç Kral Sarayı vəliəhd şahzadə Mette-Maritin səhhətinin pisləşdiyini və onun ağciyər transplantasiyası üçün gözləmə siyahısına daxil edildiyini açıqlayıb.
“Qafqazinfo”nun xəbərinə görə, sarayın yaydığı məlumatda bildirilib ki, 52 yaşlı vəliəhd şahzadə həyatı üçün təhlükə yaradan xroniki ağciyər xəstəliyi səbəbindən orqan nəqli gözləyən xəstələr siyahısına əlavə olunub.
Açıqlamada qeyd olunub ki, Mette-Maritin vəziyyəti mütəmadi tibbi nəzarətdə saxlanılır və mütəxəssislər transplantasiyanın mümkün qədər tez həyata keçirilməsini vacib hesab edirlər.
Oslo Universitet Xəstəxanasının professoru Are Holm şahzadənin səhhətində son dövrlər ciddi ağırlaşmaların müşahidə edildiyini və uyğun donor tapılan kimi əməliyyatın həyata keçiriləcəyini bildirib.
Mette-Maritə 2018-ci ildə ağciyər fibrozu diaqnozu qoyulub. Bu xəstəlik ağciyərlərdə çapıq toxumalarının yaranmasına səbəb olur və zamanla orqanizmin oksigen qəbulunu əhəmiyyətli dərəcədə məhdudlaşdırır.
Saray həmçinin vəliəhd şahzadə Mette-Marit və həyat yoldaşı, Norveç taxtının varisi vəliəhd şahzadə Haakonun avqust ayında qeyd etməyi planlaşdırdıqları evliliklərinin 25 illiyi ilə bağlı tədbirlərin təxirə salındığını açıqlayıb.
Məlumata görə, vəliəhd şahzadə Haakon həyat yoldaşının səhhəti ilə əlaqədar Yaponiyaya rəsmi səfərini yarımçıq dayandıraraq Norveçə qayıdıb.






















































