Menu
Xəbər Lenti
Həsrət sevincə döndü.
29-06-2026, 14:18

Həsrət sevincə döndü.

Pərviz Şahbazova ağır itki
29-06-2026, 13:10

Pərviz Şahbazova ağır itki

01 Tem 09:16Manşet / Sosial

Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu

ukraynada-masin-suren-azerbaycanlinin-ustune-dron-dusdu

Ukraynanın Sumı vilayətinin, Rusiya ilə həmsərhəd Velika Pisarevka rayonu ərazisində 1949-cu il təvəllüdlü Əliyev Elmar Mövsüm oğlu dron zərbəsindən həlak olub.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, E.Əliyev avtomobili ilə gedərkən üzərinə Rusiya ordusuna məxsus əl bombası daşıyan drondan zərbə endirilib.

Həmyerlimiz yerindəcə həlak olub. Əslən Beyləqan rayonundan olan E.Əliyev Ukrayna vətəndaşı olub. Onun nəşi dəfn olunması üçün Azərbaycana yola salınıb.