Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
QHT sədri İmişli rayonunda 70 aztəminatlı ailənin uşaqlarına məktəb geyimləri və ləvazimatlarə təqdim edib
“Volvo” dünyanın ən etibarlı avtomobil markaları sırasındadır - Mükəmməllik standartı
Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir
Bu ərazilərdə leysan var

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, ölkə ərazisinin əksər rayonlarında yağıntılı hava şəraiti müşahidə olunur, arabir şimşək çaxır.
Bildirilib ki, yağıntılar ayrı-ayrı yerlərdə intensiv leysan xarakterlidir.
Düşən yağıntının miqdarı Şəkidə 38 (aylıq normanın 63 %-i), Mingəçevirdə 34 (aylıq normanın 171 %-i), Zaqatalada 24 (aylıq normanın 31 %-i), Goranboyda 18 (aylıq normanın 77 %-i), Qrız, Qubada 13 (aylıq normanın 44 %-i), Qusarda 12 (aylıq normanın 40 %-i), Qəbələdə 10, Ağstafa, Gədəbəydə 7, Xaçmaz, Gəncə, Qaxda (Sarıbaş) 6, Oğuzda 5, Xaltanda 4, Daşkəsəndə 3, Tovuz, Şabran, Göygöl, Yevlaxda 2, Naftalan, Şəmkir, Balakən, Şamaxı, Xızı, Bərdə, Kürdəmir, Şahbuz, Laçın, Qubadlı, Şuşa, Xankəndidə 1 mm-dir.
İyulun 19-da Kəlbəcər rayonunun İstisu qəsəbəsinə saat 21:03-21:07 radələrində diametri 8-12 mm olan dolu düşüb.
Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda Mingəçevirdə 21, Neftçala, Zaqatala, Şəkidə 20 m/s-yə çatır.





















































