Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
“Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır” - DTX-nin rəis müavini
VƏTƏNPƏRVƏR İNSAN MEHMAN QƏHRƏMANOV: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ, AZƏRBAYCAN XALQININ AZADLIQ DASTANI VƏ DÖVLƏTÇİLİK TARİXİNİN ŞANLI SƏHİFƏSİ
Beş İcra Hakimiyyəti İT sistemlərini “Hökumət buludu”na köçürdü
“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanının icrası davam etdirilir.
“Qafqazinfo” xəbər verir ki, Fərmanın icrası çərçivəsində Sumqayıt Şəhər İcra Hakimiyyəti, eləcə də Salyan, Şəmkir, Ağsu və Hacıqabul Rayon İcra hakimiyyətləri öz informasiya sistemləri və ehtiyatlarını “Hökumət buludu”na köçürüblər.
Adıçəkilən qurumlar İT resurslarını “AzInTelecom” MMC-yə məxsus Bakı Əsas data mərkəzinə yerləşdiriblər. “AzInTelecom” tərəfindən qurumlara Virtual server - IaaS (İnfrastructure-as-a-Service) xidməti təqdim edilib. Bununla da qeyd edilən orqanlar kritik sistemlərin yüksək əlçatanlığına nail olublar.
Qeyd edək ki, “Hökumət buludu” layihəsi çərçivəsində dövlət qurumlarının İT sistemlərinin “AzInTelecom”a məxsus data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Nəticədə qurumların cari İT xərcləri azalır, informasiya sistemlərinin məhsuldarlığı artır. Təhlükəsiz və dayanıqlı İT infrastrukturuna, eləcə də 24/7 rejimində monitorinq xidmətinə nail olunur.
“AZCON Holding” şirkətlərindən olan “AzInTelecom” MMC bulud xidmətləri sahəsində TIER III beynəlxalq standartları üzrə fəaliyyət göstərir.























































