Xəbər Lenti
Bugün, 18:29
Gələcəyin şəhərlərinə gənclərdən innovativ baxış: “İnsanyönümlü şəhərlər” hakatonu başa çatıb
13-11-2026, 07:17
Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı - Yeni detallar
12-11-2026, 15:57
Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
12-11-2026, 11:27
12 NOYABR – AZƏRBAYCAN KONSTİTUSİYASI: MİLLİ AZADLIĞIMIZIN HÜQUQİ TƏMİNATI, DÖVLƏT MÜSTƏQİLLİYİMİZİN ƏBƏDİLİK RƏMZİ
10 Ağu 10:13Manşet / Şou-biznes
Əməkdar artist qaydaları kobudcasına pozdu - Video
Əməkdar artist Aqşin Abdullayev yol hərəkəti qaydalarını kobudcasına pozub.
“Qafqazinfo” xəbər verir ki, qayda pozuntusuna aid görüntüləri sənətçi özü sosial şəbəkə hesabında paylaşıb.
Məlum olub ki, A.Abdullayev 90-RX-200 dövlət qeydiyyat nişanlı “Cadillac” markalı avtomobili yolun hərəkət hissəsinin ortasında saxlayıb. O, avtomobili tərk edərək yolun ortasında mahnı oxumağa başlayıb. Bu zaman hər hansı təhlükəsizlik tədbiri, xəbərdarlıqedici nişan qoyulmayıb.
Nəticədə, yoldan keçən digər avtomobillər oradan çətinliklə keçiblər və qəza riski yaranıb.
Qeyd edək ki, yollarda bu kimi çəkilişlər zamanı müvafiq qurumların əvvəlcədən məlumatlandırılması və digər hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi mütləqdir.























































