Menu
Xəbər Lenti
FHN təlim keçirdi - Video
21-11-2026, 09:03

FHN təlim keçirdi - Video

Prezident rəsmi qarşılandı
21-11-2026, 08:14

Prezident rəsmi qarşılandı

13 Ağu 11:10Manşet / Gündəm / Sosial

“Yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac başlayacaq”

 

“Ermənistan və Azərbaycan elektrik enerjisinin ixracı və idxalı üzrə də əməkdaşlıq edə bilər”​.

“Qafqazinfo” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan brifinq zamanı bəyan edib.

N.Paşinyan azərbaycanlı mütəxəssislərin 2025-ci ilin sentyabrında və 2026-cı ilin yanvarında Ermənistana səfər etdiklərini bildirib. O, səfərlər zamanı elektrikötürücü xətlər, dəmir yolları, boru kəmərləri və sairə ilə bağlı müzakirələrin aparıldığını bildirib:

“Biz daha əvvəl də demişdik ki, elektrikötürücü xətlər, boru kəmərləri, kabellər, dəmir yolları üzərində işləyirik və bu məsələlər üzrə ikitərəfli iş aparılır”. 

Hökumət başçısı həmçinin yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac tədarüklərinin həyata keçiriləcəyini açıqlayıb.