Xəbər Lenti
15-08-2026, 17:24
Pərvaz Kişiyev məsələsində suallar artır: LOR fəaliyyəti ilə bağlı rəsmi cavab niyə yoxdur?
15-08-2026, 12:04
İnsanın içindəki sonsuz məhkəmə: Hötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ
Rusiyaya qarşı ən böyük sanksiyalar paketi hazırlanır

“Avropanın Rusiyaya qarşı 22-ci sanksiyalar paketi 2022-ci ildən indiyədək qəbul edilən ən genişmiqyaslı sanksiyalar paketi olacaq”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas “Die Welt” nəşrinə müsahibəsində danışıb.Onun sözlərinə görə, növbəti paketin qəbul edilməsi ilə sanksiyaya məruz qalan Rusiyanın fiziki və hüquqi şəxslərinin sayı artacaq.
“Sanksiyalar paketinin artıq bu payızda qəbul edilməsi planlaşdırılır. Moskva müharibəyə son qoyanadək təzyiq artırılmalıdır” - Kallas əlavə edib.






















































