Menu
Xəbər Lenti
07 Eyl 07:30Manşet / Sosial

51 yaşlı kişini maşın vurub öldürdü

 

Şəki-Oğuz avtomobil yolunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə yolun Aşağı Küngüt kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Vüsal Qarayev idarə etdiyi avtomobillə piyada, 51 yaşlı Rizvan Xəlilovu vurub.

Piyada aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.